 Banklarda Riskləri İdarəetmə Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz.
Banklarda Riskləri İdarəetmə Komitəsinin sədri Müşahidə Şurasının və (və ya) digər komitələrin sədri ola bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Riskləri İdarəetmə Komitəsinin ən azı 1 (bir) üzvü risklərin idarə edilməsi üzrə, digər üzvləri isə iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları, audit, hüquq və ya bank fəaliyyəti ilə əlaqədar digər sahələr üzrə ən azı 5 (beş) illik iş təcrübəsinə malik olmalıdır.
