Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.