Əgər vəsiyyət edən şəxs lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyətnaməni o, notariusda və iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin idarəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyətnaməni notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılır və ona oxunur.