Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq dövlət reyestrindən çıxarışda və ya daşınmaz əmlakın təsvirində, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumat qeyd edildiyi halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 660-cı maddəsi ilə müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə, habelə daşınmaz əmlak icarəyə (istifadəyə) verilərkən mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bildiriş göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.