Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.