Notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Sənədlər əqdin şərhindən ibarətdirsə, notarius tərəflərə müvafiq qaydada əqd bağlamağı təklif etməlidir. Əqddə yalnız cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Bu halda notarius cismani qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyini təsdiq edərkən həm imza etmiş şəxsin, həm də bu şəxs kimin əvəzindən imza etmişsə həmin şəxsin şəxsiyyətini müəyyən edir.