Notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Bu notariat hərəkətinə ehtiyac o vaxt yaranır ki, ezam olunmuş şəxs ezam olunduğu təşkilata vaxtında gəlir, lakin həmin vaxt bu təşkilat ləğv edilmiş olur. Belə halda notarius ezamiyyə vərəqinin təqdim olunduğu vaxtı təsdiq edir. Təqdim olunduğu vaxt təsdiq edilən sənədlərə müxtəlif növ ixtiraların təsviri, avtoreferatlar və s. aiddir.
