Pul məbləğləri notariusa poçtla və kredit idarəsindən daxil olmuşsa, daxil olmuş məbləğdən lazımi qədər dövlət rüsumu tutulur, qalan məbləğ isə depozitə qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Pul məbləğlərinin və sənədli qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq ödənilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.
