Notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Qəbzdə vəsiyyətnaməni təqdim edən şəxsin, vəsiyyətnamə notariusa təqdim edilərkən iştirak edən üç şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, depozitin yeri, vəsiyyətnamənin depozitə qəbul olunduğu tarix və saat qeyd edilir. Vəsiyyətnaməni depozitə qəbul edən notarius qəbzi imzalamalı və ona şəxsi gerbli möhürünü vurmalıdır.
