“Avtomatlaşdırılmış Məlumat Bankı”na (AMB) edilən sorğunun zəruriliyinə, tam və dolğun tərtibinə, sorğu edən orqanın və ya müvafiq struktur qurumunun rəhbəri nəzarət edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.

Sorğunun mətnindən asılı olaraq AMB-də aparılan yoxlama nəticəsində əldə olunan məlumatlar (fotoşəkil, videogörüntü və s.) kağız və ya elektron daşıyıcılarda sorğu edənə göndərilir. Əlavə araşdırılması tələb olunmayan müraciətlər yeddi iş günü, təcili sorğuların isə bir iş günü ərzində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (BƏSİİ) tərəfindən icrası təmin edilir.