Fahişəliklə məşğul olmaya və qumar oyununda iştiraka görə cərimə tətbiq edilir.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Fahişəliklə məşğul olmağa görə yüz manat məbləğində cərimə edilir.
Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə isə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
