İyunun 6-da təlim zamanı antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.

Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən  təsdiqləyiblər.