Dayaqlarda işləyərkən qadağalar müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Qüsurlar səbəbindən iş görülməsi üçün briqada üzvləri mobil qaldırıcı platformadan istifadə etməklə dayağın elementinə qalxmalı, onun üzərində işləməlidirlər.

Dayaqlarda işləyərkən aşağıdakılar qadağandır:

– sonuncu naqillərdə zədələnmələrin aradan qaldırılması üçün mobil qaldırıcı platformadan istifadə etmədən işləmək;

– aralıq dayaqlarda ilkin bərkitmə aparmadan 2 (iki) və daha çox naqilin tamlığını pozmaq və dayaqlarda izolyatorların 2 (iki) və daha çox naqillərinin bağlanmasını çıxarmaq;

– dayağa qalxarkən işlək olmayan və sınaqdan keçirilməyən qarmaq, laza, sığorta bağı (mühafizə kəməri) istifadə etmək;

– çubuqvari izolyatorlu künc dayaqlarında daxili bucaq tərəfdən qalxmaq və işləmək;

– dayaqlarda işləyərkən metal konstruksiyaları (o cümlədən oxları, qarmaqları, traversləri) bərabərləşdirmək üçün zərbə alətlərindən istifadə etmək;

– üstündə iş aparılan və əşyaların insan həyat və sağlamlığı üçün təhlükə törədə biləcək yüksəklikdən düşmə ehtimalı olan dayağa yaxın yerlərdə dayanmaq;

– tufan yaxınlaşanda, küləyin sürəti 15 m/san. olduqda buzbağlama, qar, yağış yağanda dayaqda işlər aparmaq və şəbəkələrdə qəza açılmalarını və zədələnmələri aradan qaldıran zaman əlavə təhlükəsizlik tələblərini həyata keçirmək.