
Tikinti işlərinə başlamazdan əvvəl tikinti ərazisinin görünən hissəsində məlumat lövhəsinin yerləşdirilməsi sifarişçi tərəfindən təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Məlumat lövhəsində aşağıdakılar nəzərdə tutulur:
– tikintiyə icazə vermiş orqan (qurum) haqqında məlumat;
– obyektin təyinatı, sifarişçisi, layihəçisi və podratçısı haqqında məlumat;
– tikintiyə başlanılması və tikintinin başa çatması ilə bağlı müddətlər haqqında məlumat;
– obyektin mərtəbə sayı, qabariti və görünüşü;
– tikintiyə icazənin, habelə Məcəllənin 75.11-ci maddəsinə uyğun olaraq xüsusi nişan verildiyi halda həmin nişanın surəti.
