
Podratçının (baş podratçının) Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq hansı icra sənədlərini aparmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Podratçı (baş podratçı) Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq aşağıdakı icra sənədlərini aparmalıdır:
– tikinti obyektinin geodezik bölgü əsasının yoxlanılması barədə aktlar;
– tikinti obyektinin oxlarının tikinti sahəsində nişanlanması (yerləşdirilməsi) haqqında aktlar;
– üstü örtülən işlərin yoxlanılması aktları;
– yükdaşıyan konstruksiyaların müayinəsi aktları;
– mühəndis-texniki təminat şəbəkələrinin hissələrinin yoxlanılması aktları;
– işçi cizgiləri (naturada yerinə yetirilmiş işlərin işçi cizgilərinə uyğunluğu və ya tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə məsul olan şəxslər tərəfindən işçi cizgilərinə edilmiş dəyişikliklər barədə qeydlər aparılmaqla);
– geodezik sxemlər və cizgilər;
– mühəndis-texniki təminat şəbəkələrinin sxemləri və profilləri;
– texniki qurğuların sınaq aktları;
– ekspertizaların nəticələri, həmçinin yerinə yetirilmiş işlərin müayinə, laboratoriya və digər sınaq nəticələri;
– tikintidə istifadə olunan inşaat materiallarının keyfiyyətinə nəzarətin aparılmasını təsdiq edən sənədlər (beton və armaturun sınaq aktları və s.).
