Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Zirə” və “Sabah” klubları bu gün III təsnifat mərhələsində ilk matçlarına çıxacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə,  hər iki komanda səfərdə oynayacaq.

“Zirə” Xorvatiya təmsilçisi “Osiyek”in qonağı olacaq. “Opus Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

“Sabah” isə İrlandiyada “Sent Patriks Atletik”lə üz-üzə gələcək. Dublindəki “Tallaqt” stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

22:00. “Osiyek” – “Zirə”

Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan).

Xorvatiya, “Opus Arena”.

22:45. “Sent Patriks Atletik” – “Sabah”

Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)

Dublin, “Tallqat” stadionu

Qeyd edək ki, təmsilçilərimizin cavab matçları bir həftə sonra Bakıda olacaq.