Sərnişinə zərərin vurulmasına səbəb olmuş hadisənin sərnişinin və onun baqajının daşınması zamanı baş verməsini, habelə vurulmuş zərərin miqdarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Sərnişinin ölümü və ya sağlamlığının pozulması, yaxud onun kayut baqajının itirilməsi və ya zədələnməsi gəminin qəzaya uğraması, toqquşması, gəminin saya oturması, gəmidə partlayış və ya yanğın nəticəsində baş verdikdə, bu halda öz vəzifələri (səlahiyyətləri) hüdudunda hərəkət edən daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsirli olması sübuta yetirilməyibsə, onda onlar təqsirli güman edilir. Bu qayda baqajın itirilməsinə və ya zədələnməsinə səbəb olan hadisənin xarakterindən asılı olmayaraq, kayut baqajı olmayan digər baqaja da şamil edilir. Digər hallarda təqsiri sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
