Gəminin təmir olunması ehtiyacından yaranan quru dok, stapel və gəminin yerdəyişməsinə çəkilən xərclər tam həcmdə ümumi qəzaya aid edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Gəmi gövdəsinin təmizlənməsi, astarlanması və rənglənməsi üçün xərclər, əgər gəmi gövdəsinin sonuncu təmizlənməsi, astarlanması və rənglənməsi ümumi qəza hadisəsinin baş verməsinə qədər son 12 ay ərzində həyata keçirilibsə, 50 faiz miqdarında ümumi qəzaya aid edilir.