Xilasetmənin müqavilə əsasında və digər üsulla həyata keçirilməsindən asılı olmayaraq, ümumi dəniz tədbirində iştirak edən tərəflərin xilasetməyə çəkdikləri xərclər ümumi qəza hesab edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Göstərilən xərclərə xilas edənlərin ətraf mühitə vurulan zərərin qarşısını almaqda və ya azaltmaqda göstərdikləri ustalıq və səylər nəzərə alınmaqla müəyyən edilən xilasetmə mükafatı da daxildir. Lakin gəmi sahibinin xilas edənə ödədiyi xüsusi kompensasiya ümumi qəza hesab edilmir.