Gəminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması ilə əlaqədar xərclər ümumi qəza hesab edildikdə, gəminin ilkin yük və ya onun bir hissəsi ilə limandan çıxması ilə bağlı xərclər də ümumi qəzaya aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

əminin sığınacaq yerinə daxil olması və ya yükvurma yerinə geri qayıtması nəticəsində səfərin uzadılması ilə bağlı gəmi heyəti üzvlərinin əmək haqqına və təminatına, yanacağa və təchizata çəkilən xərclər Ticarət Gəmiçiliyi Məcəlləsində göstərilən hallarda ümumi qəza hesab edilir.