Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

F. İsmayılov universitet tələbəsi olub.

Fakt araşdırılır.