Təyinat limanına salamat yük yerlərində və yükgöndərənin salamat plombları ilə gəlmiş, yolda açılma izləri olmayan salamat tarada çatdırılmış, habelə yükgöndərənin və ya yükalanın nümayəndəsinin müşayiəti ilə daşınan yükün itirilməsinə və ya zədələnməsinə görə, əgər yükalan daşınma üçün qəbul edilmiş yükün daşıyıcının təqsiri nəticəsində itirilməsini və ya zədələnməsini sübuta yetirə bilməsə, daşıyıcı məsuliyyət daşımır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
