Hamilə və üç yaşınadək uşağı olan qadınların gecə vaxtı görülən işlərə cəlb olunması qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Səhhətinə və fizioloji vəziyyətinə (əlillik, hamiləlik), habelə xroniki xəstəliyinə görə qadının və ya onun ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə və həmçinin on dörd yaşına çatmamış və yaxud on altı yaşınadək əlil uşağı olan qadınlara (ərizələri əsasında) işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.