
Cavid İsmayılzadə Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi və daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisi olub.
***
9 oktyabr, saat 22.31
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

