Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının inzibati binalarında otaqların sahələri üçün yolverilən maksimal ölçülər müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının inzibati binalarında otaqların sahələri üçün yolverilən maksimal ölçülər
Sıra № | Otaqların adı | Ştatda olan işçilərin hesabi sayına görə otaqların sahələri, m2 | ||||
50-yə qədər | 50-dən 100-ə qədər | 100-dən 200-ə qədər | 200-dən 300-ə qədər | 300 və daha çox | ||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
1 | Əsas təyinatlı otaqlar (iş otaqları, kabinetlər və qəbul otaqları) | 350 | 700 | 1400 | 2100 | 2800 |
2 | Konfrans zalı | – | – | – | 150 | 200 |
3 | Konfrans zalının yardımçı otaqları | – | – | – | 20 | 30 |
4 | Konfrans zalının kuluarları | – | – | – | 50 | 60 |
5 | Texniki (elmi) şuranın müşavirə zalı | 40 | 50 | 80 | 80 | 80 |
6 | İctimai təşkilatlar (həmkarlar təşkilatı) üçün otaq | – | – | 18 | 20 | 30 |
7 | Arxiv | 15 | 30 | 50 | 50 | 70 |
8 | Elmi-texniki kitabxana | 15 | 35 | 50 | 80 | 100 |
9 | Videomüşahidə avadanlığı üçün otaq | 10 | 10 | 12 | 12 | 12 |
10 | Vestibül | 20 | 30 | 60 | 90 | 120 |
11 | Bufet-yeməkxana | 20 | 30 | 80 | 100 | 120 |
12 | Sanitar qovşağı | 14 | 20 | 40 | 60 | 80 |
13 | Xidmət personalı üçün otaq | 10 | 10 | 10 | 12 | 15 |
14 | Təmir emalatxanaları | – | 20 | 30 | 36 | 36 |
15 | Anbar otağı | 12 | 12 | 20 | 25 | 30 |
16 | Mühafizə xidməti üçün otaq | 10 | 10 | 10 | 10 | 10 |
17 | Təmizlik işləri üçün inventar otağı | 6 | 6 | 6 | 8 | 10 |
Qeyd. Layihə tapşırığına Elmi-Tədqiqat İnstitutlarında aspirantların və ixtisas səviyyələrini artıran kadrların məşğələləri, xüsusi təyinatlı elmi-texnoloji avadanlığın quraşdırılması üçün əlavə otaqlar nəzərdə tutula bilər. |