Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının inzibati binalarında otaqların  sahələri üçün yolverilən maksimal ölçülər müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının inzibati binalarında otaqların  sahələri üçün yolverilən maksimal ölçülər

Sıra

№

Otaqların adı Ştatda olan işçilərin hesabi sayına görə otaqların sahələri, m2
50-yə qədər 50-dən 100-ə qədər 100-dən 200-ə qədər 200-dən 300-ə qədər 300 və daha çox
1 2 3 4 5 6 7
1 Əsas təyinatlı otaqlar (iş otaqları, kabinetlər və qəbul otaqları) 350 700 1400 2100 2800
2 Konfrans zalı – – – 150 200
3 Konfrans zalının yardımçı otaqları – – – 20 30
4 Konfrans zalının kuluarları – – – 50 60
5 Texniki (elmi) şuranın müşavirə zalı 40 50 80 80 80
6 İctimai təşkilatlar (həmkarlar təşkilatı) üçün otaq – – 18 20 30
7 Arxiv 15 30 50 50 70
8 Elmi-texniki kitabxana 15 35 50 80 100
9 Videomüşahidə avadanlığı üçün otaq 10 10 12 12 12
10 Vestibül 20 30 60 90 120
11 Bufet-yeməkxana 20 30 80 100 120
12 Sanitar qovşağı 14 20 40 60 80
13 Xidmət personalı üçün otaq 10 10 10 12 15
14 Təmir emalatxanaları – 20 30 36 36
15 Anbar otağı 12 12 20 25 30
16 Mühafizə xidməti üçün otaq 10 10 10 10 10
17 Təmizlik işləri üçün inventar otağı 6 6 6 8 10
Qeyd. Layihə tapşırığına Elmi-Tədqiqat İnstitutlarında aspirantların və ixtisas səviyyələrini artıran kadrların məşğələləri, xüsusi təyinatlı elmi-texnoloji avadanlığın quraşdırılması üçün əlavə otaqlar nəzərdə tutula bilər.