Binanın mühəndis qurğuları, havanın temperaturunu avtomatik və əl ilə tənzimləyən sistemlərə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Soyuq və isti su, elektrik enerjisi, qaz və istilik təchizatı mərkəzləşdirilmiş şəkildə olduğu zaman və binada müxtəlif təşkilatlara və mülkiyyətçilərə məxsus bir neçə qrup otaqlar olduqda bu cür otaq qruplarından hər biri enerji və su sərfini qeyd edən cihazlar ilə təchiz olunmalıdır.