İstanbul Prokurorluğu qanunsuz lotereya oyunlarına təşviq etmə ilə bağlı  araşdırma çərçivəsində məhkəmə müğənni Sərdar Ortac və şoumen Mehmet Ərbil barədə qərar verib.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni Sərdar Ortac və şoumen Mehmet Ərbil barədə ev həbsi qərarı verilib.

Qeyd edək ki, ümumilikdə 20 şəxs şübhəli sayılıb. Bunlardan saxlanılmış 16 şübhəlidən müğənni Sərdar Ortac və şoumen Mehmet Ərbil barədə ev həbsi qərarı verilib, 12-i həbs edilib, 2-i polis nəzarətində qalmaqla sərbəst buraxılıb.

***

saat 18.40

İstanbul Prokurorluğu qanunsuz lotereya oyunlarına təşviq etmə ilə bağlı  araşdırma çərçivəsində aralarında müğənni Sərdar Ortac və şoumen Mehmet Ərbilin də olduğu 20 şübhəli şəxsin şəxsiyyətini müəyyənləşdirib və saxlanılması barədə qərar verib.

Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, saxlanılan 16 nəfər məhkəməyə çıxarılıb.

Sərdar Ortac və şoumen Mehmet Ərbil həbs tələbi ilə məhkəməyə  göndərilib.

Şübhəlilər arasında sabiq futbolcu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var.