Akkomodasiyanın spazmı, sikloplegiyada təyin edilən refraksiya optimal mənfi korreksiyaedici linzanın sikloplegiyaya qədər olan gücündən daha zəif olan hallarda funksional xəstəlikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Uğursuz stasionar müalicədən sonra bir və ya hər iki gözdə akkomodasiyanın spazmı, parezi olduqda, yararlılıq kateqoriyası “Xəstəliklər cədvəli”nin 33-cü və 34-cü maddələri üzrə, korreksiya ilə görmə itiliyindən və dəfələrlə aparılan sikloplegiyalardan sonra əvvəlki səviyyəsinə qayıdan ametropiyanın dərəcəsindən asılı olaraq təyin edilir.
