İnventarizasiyanın aparılmasına dair daha iki hal açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda vergi orqanının əsaslandırılmış qərarı ilə inventarizasiya aparılır. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
