“Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan maliyyə və qeyri-maliyyə əməliyyatlarının ödəniş xidməti təchizatçıları üzrə əks etdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖSO-3 – Əlavə №30) hesabat dövrü ərzində operatorun xidmət göstərdiyi iştirakçıları qeyd edilməklə onlar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə aparılan avtorizasiya edilmiş uğurlu və uğursuz maliyyə və qeyri-maliyyə əməliyyatlarının sayı və həcmi əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları ilə aparılan avtorizasiya edilmiş əməliyyatlar maliyyə və qeyri-maliyyə əməliyyatları üzrə təsnifləşdirilir.
