Dövlət ittihamçısının məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələrinə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessul Məcəllədə əksini tapıb.
Dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
