Bakıda kişi faciəvi şəkildə ölüb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
67 yaşlı Ələddin Əsədulla oğlu Hüseynov yaşadığı evin qarşısında yıxılıb. Bu zaman onun başı səkiyə çırpılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
