Məsul növbətçi, xidmətə çıxan əməkdaşların dislokasiyasını və idarə olunmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

O, xidmətə cəlb edilən qüvvələrin birgə fəaliyyətini əlaqələndirir və əməkdaşların qarşılıqlı əlaqəsini gücləndirir. Növbətçi, əməliyyat şəraitindəki dəyişiklikləri şəxsi heyətə çatdırır. Həmçinin, xidmətin effektivliyini artırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görür.