Layihə-smeta bürosunun (qrupunun) rəisi tərkibinə daxil olduğu idarənin istehsalat bazasının və eləcə də sifarişçi ilə razılaşdırılmış texniki cəhətdən mürəkkəb olmayan obyektlərin inşa olunması üçün layihə smeta sənədlərinin işlənib hazırlanmasına rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda layihə-smeta bürosunun (qrupunun) rəisi layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak edir. Torpaq sahələrinin ayrılması, lazımsız tikililərin sökülməsi, geodeziya xidmətinin dayaq məntəqələrinin, bina və qurğuların baş xətlərinin, qırmızı xətlərin təhkim etməsi (bərkidilməsi) hazırlanmış tikinti meydançalarını öz idarəsinə, tikilməsi nəzərdə tutulan obyektləri üçün verilməsi işlərinin təşkilində və rəsmiləşdirilməsində iştirak edir. Layihə təşkilatları tərəfindən işlənib hazırlanmış layihə-smeta sənədlərinin komplektləşdirilmiş olmasının və keyfiyyətinin yoxlanmasını, eləcə də qəbulunu təşkil edir. İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin edir. Bu obyektlərin maliyyələşdirilməsinin təminatına, texnoloji avadanlığın hazırlanması və vaxtlı-vaxtında çatdırılmasına nəzarət edir.