Təhlükəli yük daşıyan nəqliyyat vasitəsinin iştirak etdiyi yol-nəqliyyat hadisəsi zamanı YPX inspektoru, hadisənin yeri, vaxtı, səbəbi və nəticələri barədə növbətçi hissəyə məlumat verir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bu məlumatlara əsaslanaraq, hadisənin təhlili aparılır və aidiyyəti dövlət qurumlarına məlumat verilir. Təhlükəli yükün sinfi və miqdarı, həmçinin zərərçəkənlərin vəziyyəti haqqında məlumat verilməlidir.