YPX inspektoru yol hərəkətinə nəzarət edərkən bəzi əsas təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Bunlara xidmət yerinin düzgün seçilməsi, işıq verən ləvazimatların istifadəsi, sürüşkən yollarda dayanmaqdan çəkinmə və s. daxildir. Təhlükəsizliyi təmin etmək üçün inspektor, həmçinin digər nəqliyyat vasitələrindən və sürücülərdən gələn risklərə qarşı diqqətli olmalıdır. Bu tədbirlər qanun pozuntularının qarşısını almağa və təhlükəsiz iş mühiti yaratmağa kömək edir.