YPX-nin iş PLANLARI

04 Aprel 2025, 01:08

Yol-Patrul Xidmətinin (YPX) fəaliyyəti, Daxili İşlər Orqanlarında tərtib olunmuş nizami polis hissəsinin və DYP bölümünün iş planlarına əsasən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Planlaşdırma, xidməti ərazidəki əməliyyat şəraiti və ictimai asayişin qorunması kimi faktorları nəzərə alaraq aparılır. Həmçinin, yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün hüquqi aktların tələbləri də nəzərə alınır. İş planları, rüblük şəkildə nizami polis hissələri və DYP bölümləri üzrə tərtib edilir.