Qeyd edək ki, 2024-cü ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,70 milyard dollar, 2023-cü ilin eyni dövründə isə 11,77 milyard dollar təşkil etmişdi.
İlk 3 ay üzrə ən az xarici ticarət dövriyyəsi isə 2021-ci ildə qeydə alınıb. Pandemiyaya görə həmin dövrdə bu məbləğ 6,67 milyard dollar (6 668 302 230 $), pandemiyanın səngidiyi növbəti ildə isə bu göstərici 63,6% və ya 4,24 milyard dollar artaraq 10,91 milyard dollara (10 908 070 470 $) çatıb.
2025-ci ilin I rübündə idxal və ixrac əməliyyatlarının həcminə ayrı-ayrılıqda baxsaq, idxal həcminin son 5 ildə ən yüksək həddə çatdığını görə bilərik. Daha dəqiq desək, cari ilin yanvar-mart aylarında idxal həcmi ilk dəfə 5 milyard dollar səddini keçərək 5,66 milyard dollara (5 662 970 590 $) bərabər olub. Qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 52,6% və ya 1,95 milyard dollar (1 951 344 350 $) çoxdur.
Yanvar-mart ayları üzrə ixrac əməliyyatlarının həcmi son 5 ilin ən yüksək göstəricisi olmasa da, ötən ilin eyni dövrü ilə müqayisədə yüksək olub. Belə ki, 2025-ci ilin ilk üç ayında Azərbaycanın xarici ölkələrə ixrac etdiyi məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% və ya 401,6 milyon dollar (401 563 700 $) artaraq 6,39 milyard dollar (6 385 895 270 $) olub.
İlk üç ay üzrə ən yüksək ixrac həcmi isə 2022-ci ildə 7,98 milyard dollar (7 980 926 820 $) olaraq qeydə alınıb. Bu, 2021-ci ilin ixrac göstəricisi ilə müqayisədə 92,9% və ya 3,84 milyard dollar (3 843 074 560 $) çox deməkdir.
Cari ilin yanvar-mart aylarında ölkəmizə ən çox idxal olunan məhsullar 788,9 milyon dollar (788 910 540 $) ilə “maşın, mexanizm, elektrik aparatları, avadanlıq və onun hissələri” kateqoriyasına daxil olan məhsullar olub. Bu kateqoriya ilk üç aydakı ümumi idxalın 13,93%-ni təşkil edib.
İkinci sırada 663,8 milyon dollar (663 758 670 $) ilə “qida məhsulları” yer alıb. Onların həcmi ilk üç aydakı idxalın 11,72%-nə bərabər olub.
“Nəqliyyat vasitələri və onların hissələri” üzrə idxal həcmi 493,6 milyon dollar (493 627 270 $) ilə üçüncü sırada qərarlaşıb. Bu kateqoriyanın idxaldakı payı 8,72% təşkil edib.
İlk üç ayda ölkəmizə ən çox idxal olunan məhsullar arasında “qara metallar və ondan hazırlanan məhsullar” 276,3 milyon dollar (276 287 270 $), “əczaçılıq məmulatları” 117,4 milyard dollar (117 427 820 $), “geyim əşyaları və geyim üçün ləvazimatlar” isə 101,0 milyon dollar (103 986 500 $) ilə ardıcıl olaraq 4,88%, 2,07% və 1,84% paya sahib olublar.
Qalan 56,84%-lik hissə digər kateqoriyalar üzrə idxal həcmini təmsil edir və bu məbləğ toplamda 3,2 milyard dollar (3 218 972 520 $) təşkil edib.

Gürcüstanın Dövlət Statistika Komitəsinin, Azərbaycanın isə Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, ölkəmiz həm idxal, həm də ixrac həcmi üzrə Gürcüstanı qabaqlayıb. Azərbaycan (5,66 milyard dollar) və Gürcüstanın (4,22 milyard dollar) idxal həcmləri arasında böyük fərq olmasa da, ölkəmiz ixrac həcminə görə Gürcüstanı 4,6 dəfə qabaqlayıb.
2025-ci ilin ilk 3 ayında Azərbaycanın ixrac həcmi 6,39 milyard dollar, Gürcüstanın ixrac həcmi isə 1,4 milyard dollar təşkil edib.
Məlumat üçün bildirək ki, Gürcüstanda idxal həcminin ixrac həcmindən çox olması ilk üç ayda 2,82 milyard dollar həcmində mənfi saldonun yaranmasına səbəb olub. Azərbaycanda isə bu fərq müsbət saldo (0,72 milyard dollar) ilə özünü göstərib.