Şamaxıda arvadını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Hidayətov saxlanılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini Vüsal Hidayətov həyat yoldaşı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

V. Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.

***

Saat 15.43

Şamaxıda qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya 7stinadən xəbər verir ki, ər arvadını şəhər qəbiristanlığında öldürüb.

Fakt araşdırılır.