ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
Donald Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Türkiyə Prezidentiylə işləməyi səbirsizliklə gözləyir:
“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”.
Tramp onu da bildirib ki, Rəcəb Tayyib Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumatda bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edilib.
