Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Heftelik.az-ın məlumatına görə, Nikol Paşinyan bununla bağlı rəsmi “X” hesabında paylaşım edib.
“Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
