Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  xəstəxanaya yerləşdirilən S.Həsənova həkimlərin səyinə baxmayaraq həyatını itirib.

K.Namazov polis əməkdaşları tərəfindən  saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

TƏBİB-dən bildirilib ki, bu gün  saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.