Hündürlükdə işləyən işçilər çənəaltı qayışı bağlı olan qoruyucu dəbilqələr geyinməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dəbilqənin daxili hissəsi və çənəaltı qayışı taxılıb çıxarıla bilən olmalı və dəbilqənin gövdəsinə bərkidilmək üçün konstruksiyaya malik olmalıdır. Çənəaltı qayış uzunluq boyunca tənzimlənən olmalı, bərkidilmə üsulu onun tez açıla bilmə imkanını təmin etməli və dəbilqənin işçinin başından öz-özünə düşməsinə və ya əyilməsinə yol verməməlidir.
