Manevr işçilərinin yerləşdirilməsi manevr rəhbəri tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Lokomotivin tipi və yerli şəraitə görə manevr lokomotivinə bir maşinist xidmət edə bilər. Bunun üçün infrastruktura sahib olan və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi tələb olunur. Qatar tərtibatçısı və ya baş konduktor yalnız bir şəxsdən, manevr işinə dair tapşırıq almalıdır. Tapşırıq manevr rəhbəri tərəfindən dəqiq və aydın şəkildə verilərək hər bir əlaqəli işçiyə çatdırılmalıdır. Hər hansı bir dəyişiklik olduqda, iştirak edən işçilər əvvəlcədən bu dəyişikliklərlə tanış edilməlidir.

Manevr lokomotivinin bir sahədən digərinə hərəkəti, əlaqəli post növbətçisi ilə əvvəlcədən razılaşdırılmalıdır. Stansiya növbətçisi və ya manevr dispetçeri icazə verməlidir. Manevr rəhbəri, tapşırıqları düzgün və vaxtında yerinə yetirməli, işçiləri planla tanış etməlidir. Manevr işinə dair hər bir işçinin düzgün yerləşdirilməsi və qarşılıqlı fəaliyyətin təmin olunması vacibdir. Manevr rəhbəri, hərəkətə təhlükə yarada biləcək amilləri aradan qaldırmalı və hər şeyin təhlükəsiz olduğunu təmin etməlidir. Manevr işinin hərəkətinin təhlükəsizliyi daima nəzarət altında olmalıdır.