Tənzimləmə (ayırma) xətləri tikinti obyektlərinin qırmızı xətdən və ya torpaq sahəsinin sərhədindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq yerləşdirilməsi xətləridir.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Üstü örtülən işlər tikintinin növbəti mərhələlərində üstü örtülməsi səbəbindən naturada yoxlanılması tam və ya qismən mümkün olmayan iş növləridir (özülün torpaqla doldurulması, hidroizolyasiya işləri, armaturlanmış konstruksiya elementlərinin betonlanması və s.).