Sifarişçinin öz vəzifələrinin cəlb olunmuş təşkilat və ya mütəxəssisə verilməsi onlar arasında bağlanmış müqavilə ilə rəsmiləşdirilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Podratçı (baş podratçı), tikintini bilavasitə aparan şəxs kimi tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək, obyektin konstruksiyalarını inşa etmək və mühəndis-texniki təminat sistemlərini quraşdırmaq vəzifəsini yerinə yetirir.
