Yerli büdcənin icrası zamanı bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar qəbul edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Bələdiyyələr dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində gəlir və xərc maddələrinə dəyişikliklər edə bilərlər. Büdcə ili başa çatdıqda həmin il üzrə qəbul edilmiş öhdəliklərə dair əməliyyatlar yekunlaşır. İstifadə olunmamış vəsait isə bələdiyyələrin sərəncamında qalır.