Hərbi qulluqçuların hüquq və vəzifələrinin həcmi onların hərbi xidmət başında olub-olmamasından asılıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi xidmət vəzifələrinin faktiki icrası zamanı onlar döyüş əməliyyatlarında, təlimlərdə, döyüş növbəsində və gündəlik növbələrdə iştirak etdikdə xidmət başında sayılırlar. Toplanışlarda, ezamiyyətlərdə və xidmət yerinə gedib-gələrkən də bu status qüvvədə olur. Zərurət yarandıqda hərbi qulluqçu komandirin əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxt və yerdə vəzifələrinin icrasına başlamalıdır. Bu qaydalar hərbi xidmətin fasiləsizliyini və vəzifələrin vaxtında yerinə yetirilməsini təmin edir.