Türkanda dənizdə batan var

08 Avqust 2025, 20:34

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Heftelik.az-ın FH-nin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.